"Yuventus"un qolkiperi Voyçex Şesni İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, polşalı qapıçının xidmətində "Arsenal" maraqlıdır.
London təmsilçisi təcrübəli futbolçu üçün hərəkətə keçib. "Topçular"ın rəhbərliyi sabiq qolkiperini yayda geri qaytarmaq istəyir.
Şesni 2009-2017-ci illərdə “Arsenal”ın qapısını qoruyub.
34 yaşlı qolkiper İtaliya A Seriyasında bu mövsüm 33 oyun keçirib, 26 qol buraxıb, 16 matçda isə qapısını toxunulmaz saxlayıb.
Polşa millisinin üzvü "Arsenal", "Brentford" və "Roma"da çıxış etdikdən sonra 2017-ci ildə "Yuventus"a keçib.
saytlarin hazirlanmasi