"Fənərbaxça"da şok itki: 2 həftə oynamayacaq

18:30 - 7 May 2024

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu İrfan Can Kahveci sıradan çıxıb.

28 yaşlı vinger Super Liqanın 35-ci turunun "Konyaspor"la səfər matçında (0:0) ayaq əzələsindən zədə alıb. Türki futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki. İrfan Can Kahveci bu mövsüm "Fənərbaxça"nı  heyətində meydana çıxdığı 46 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti