Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ doğma meydanda "Borussiya"nı qəbul edib. Qarşılaşma Dortmund təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Borussiya" iki oyunun nəticəsinə görə 2:0 hesablı üstünlük əldə edərək finala yüksəlib.
Digər finalçının adına sabah keçiriləcək "Real" - "Bavariya" matçından sonra aydınlıq gələcək.
saytlarin hazirlanmasi