Tanınmış futbolçu Türkiyə klubunu tərk edəcək

13:34 - 8 May 2024

"Trabzonspor"un futbolçusu Nikolas Pepe komandadan ayrılmağa hazırlaşır. 

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, fransalı özü Qaradəniz klubunda qalmaq niyyətində deyil.

O, Səudiyyə Ərəbistanı və ya Fransa klubları arasında seçim edəcək.

Pepe bu mövsüm 19 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

28 yaşlı oyunçu mövsümün sonunda azad agent statusuna sahib olacaq.

Pepe "Anjer", "Lill", "Arsenal", "Nitsa" klublarda oynayıb.

Xəbər xətti