AFFA hakimi təhqir edən "Sumqayıt"ın inzibatçısını cəzalandırdı

14:15 - 8 May 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib: 

Əvəzedicilər liqası XXXIII tur

05.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 43.4);

05.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);

07.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37).

Xəbər xətti