"Mançester Siti"nin sabiq qapıçısı ölkəsinə qayıdacaq

14:49 - 8 May 2024

"Betis"in qapıçısı Klaudio Bravo mövsümün sonunda komandadan ayrılacaq. 

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"nın qolkiperi Əndəlusiya klubunda qalmayacaq.

Çilili futbolçunun müqavilə müddəti artırılmayacaq. Bu mövsüm 9 matçda meydana çıxan Bravonun Çiliyə qayıdacağı gözlənilir.

41 yaşlı qapıçı "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" komandalarının qapısını qorumuşdu.

Xəbər xətti