Yayda "Sabah"a böyük ümidlərlə dəvət edilən Vensan Tilin komandaya nə vaxt qoşulacağına aydınlıq gətirilib. Ağır zədə aldıqdan sonra əməliyyat edilən və bərpa prosesi keçməsi üçün ölkəsinə yollanmış lüksemburqlu yarımmüdafiəçi indi də həkim nəzarəti altındadır.
Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı futbolçunun bərpa prosesi qaydasında gedir və o, böyük ehtimalla yeni mövsümdən "Sabah"a kömək edə biləcək. Tilin paytaxt klubunun yeni mövsüm üçün yay təlim-məşq toplanışında düşərgəsinə qoşulacağı ehtimal edilir.
Xatırladaq ki, Vensan Til Premyer Liqanın 22-ci turunun "Qarabağ"a qarşı keçirilmiş oyununun gedişində dizindən zədələnmişdi. O, mart ayında Lüksemburqda dizindəki çarpaz bağlarından əməliyyat edilib. Əlavə edək ki, 2023-cü il iyulda "Sabah"a keçmiş futbolçu 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.
"Sabah"ın futbolçusu əvvəllər "Metz", "Orlean", "Nasyonal", "Vorskla", "Örebro", AİK klublarında da oynayıb.
saytlarin hazirlanmasi