İsveç mətbuatı: "Musanın "Yurqorden"dəki çıxışı gözlənilən kimi olmadı"

16:34 - 10 May 2024

İsveç mətbuatı "Yurqorden"in azərbaycanlı hücumçusu Musa Qurbanlının Elit Liqa Kubokunun (U-21) “Degerfors”la oyundakı (4:2) performansından yazıb. 

Sportal.az xəbər verir ki, isveçli həmkarlarımız bu dəfə Musa barədə tərifə yer verib. Belə ki, "Fotboldirekt" portalı millimizin forvardının  "Yurqorden"də oynamağa layiq olduğunu yazıb:

"Musa Qurbanlının "Yurqorden"dəki çıxışı gözlənilən kimi olmadı. Onun yayda komandanın əsas hücumçusu kimi transfer edilməsindən də xeyli vaxt keçib. İndi o, çətinliklə heyətə düşür. Musa sonuncu dəfə GAİS-lə matçda 10 dəqiqə, ondan əvvəl isə “Göteborq”la açılış matçında 20 dəqiqə meydanda olub. Son vaxtlar futbolçunun qarşıdan gələn yayda iş yerini dəyişməsi haqda çox danışılır. Lakin bütün bu mənfi məsələlərə baxmayaraq, o, ötən il “Yurqorden”in onunla müqavilə imzalamasına səbəb olan məqamları göstərdi. "Yurqorden"in yetirmələri Elit Liqa Kubokunda "Deqerfors"la matçda azərbaycanlı əsas komandadan bir neçə əsas oyunçu ilə yanaşı start heyətində yer almışdı. Musanın assistentlik etdiyi bu görüşdə onunla yanaşı, Keyta Kosuqi də əsl sənət əsəri yaratdılar. Qurbanlı ötürmə ilə yanaşı, qol da vurdu".

Qeyd edək ki, Musa 2023-cü il iyulun 7-də "Yurqorden"lə üç illik müqavilə imzalayıb.

Xəbər xətti