Avropa Liqasının 1/2 final mərhələsinin ikinci oyununda “Bayer” “Roma” klubu ilə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, komandalar Leverkuzendəki “Bay Arena”da 2:2 oynayıb və bu nəticə ilə “Bayer” finala vəsiqə qazanıb.
Meydan sahibləri 90-7-ci dəqiqədə özünü xilas edib. Beləliklə, “Bayer” mövsüm ərzində 90-cı dəqiqədən sonra vurduğun qolların sayını da 17-ə çatdırıb. Leverkuzenlilər bu qollar sayəsində 12 geri dönüş etməyi bacarıb.
Qeyd edək ki, İtaliyada keçirilən yarımfinalın ilk oyununda "Bayer" 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki görüşün cəminə əsasən, “Bayer” “Roma”nı məğlub edərək, “Atalanta” ilə qarşılaşacağı Avropa Liqasının finalına yüksəlib.