Millinin qolkiperi "Arsenal"a keçə bilər

12:14 - 10 May 2024

"Arsenal" qapıçı axtarışına çıxıb.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə millisinin qolkiperi Cordan Pikforu transfer etməyi planlaşdırır. 

"Topçular" 30 yaşlı qapıçı üçün "Everton"la danışıqlara bşalayıb.

Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq. 

"Sanderlend"in yetirməsi olan Pikford "Darlinqton", "Barton Albion", "Bradford", "Preston" klublarında oynadıqdan sonra 2017-ci ildə "Everton"a keçmişdi.

Xəbər xətti