Azərbaycan milli komandasının və “Adana Demirspor”un qolkiperi Şahruddin Məhəmmədəliyev Sportal.az saytına açıqlama verib. O, mövsümün sonunda Türkiyə klubundan ayrılacağı ilə bağlı iddialara açıqlama gətirib.
Məhəmmədəliyev hələ ki, Superliqadakı qarşıdakı matçlara fokuslandığını və bu haqda sezonun sonunda düşünəcəyini bildirib:
"Mən hazırda yalnız "Adana Demirspor"un heyətində oynayacağım qarşıdakı matçları düşünürəm. Bu oyunlardan sonra necə olacağını da zaman göstərəcək. Mənim daha bir il qüvvədə olan müqaviləm var. Necə olacağını mövsümü başa çatdıqdan sonra görəcəyik. İndi isə mayın 12-də "Qaziantep"ə qarşı oynayacağımız oyun haqda fikirləşirəm".
Milli komandamızın qapıçısı 2023-cü il sentyabrın 8-də “Adana Demirspor”a keçib və o, 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur. Şahruddin “Şahdağ”, “Sumqayıt”, “Qarabağ” komandalarında çıxış edib.
Mirbağırağa