İsveç mətbuatında "Yurqorden"in bu yay satılacağı təqdirdə komandanın azərbaycanlı hücumçusu Musa Qurbanlı üçün tələb edə biləcəyi məbləği açıqlayıb.
Sportal.az "Fotbolldirekt" portalına istinadən xəbər verir ki, "Yurqorden" 9-10 milyon İsveç kronu (təxminən 1,4-1,5 milyon manat) müqabilində Azərbaycan milli komandasının hücumçusunu buraxmağa hazırdır.
Klub istədiyini almasa, Qurbanlını maksimum icarəyə verəcək. Həmçinin isveçlilərin iddiasın əsasən, "Qarabağ" gənc forvardın qayıdışına çarə tapmaq üçün əlindən gələni edir.
Lakin məsələ hələ ki, danışıqlara getməyib. Xatırladaq ki, 22 yaşlı futbolçu ötən yay Azərbaycan çempionunun düşərgəsindən İsveç klubuna keçmişdi. Onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
saytlarin hazirlanmasi