Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, həmin iclasda aşağıdakı qərarlar qəbul edildi:
I Liqa XXV tur
08.05.2024-cü il tarixində I Liqada XXV turun “İrəvan” – “Difai Ağsu” oyunu “İrəvan” klubunun formasında qüsurlar olması səbəbindən 7 dəqiqə gec başladığına görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 75.6);
09.05.2024-cü il tarixində I Liqada XXV turun “Şamaxı” – “Karvan” oyununun 10-cu dəqiqəsində “Karvan” klubunun 9 nömrəli futbolçusu Budaq Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Karvan” klubu 300 manat cərimə edilir (maddə 43.3);
09.05.2024-cü il tarixində I Liqada XXV turun “Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);
09.05.2024-cü il tarixində I Liqada XXV turun “Mingəçevir” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 150 manat cərimə edilir (maddə 42.3);
09.05.2024-cü il tarixində I Liqada XXV turun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);
09.05.2024-cü il tarixində I Liqada XXV turun “İmişli” – “Qaradağ Lökbatan” oyununun 42-ci dəqiqəsində meydançaya atılan kənar əşyanın hakimə dəyməsi nəticəsində oyunda 10 dəqiqə fasilə yarandığına görə “İmişli” klubu 500 manat cərimə edilir, “İmişli” klubuna xəbərdarlıq edilir (maddə 52.3, 32);
09.05.2024-cü il tarixində I Liqada XXV turun “İmişli” – “Qaradağ Lökbatan” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
saytlarin hazirlanmasi