"Mançester Yunayted" “Atletiko"nun müdafiəçisini transfer etməkdə israrlıdır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Mançester təmsilçisi Reynilda Mandava üçün hərəkətə keçib.
"Qırmızı şeytanlar" 30 yaşlı futbolçu üçün 10 milyon avro təklif edəcək. Amma "Atletiko" mozambikli futbolçu üçün 15 milyon avro tələb edir.
Mandavanın Madrid təmsilçisi ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.
Mozambik millisinin üzvü “Ferroviario Beyra”(Mozambik), “Benfika”, “Sportinq Kovilya”, “Belenenseş”(hamısı Portuqaliya)“Lill”(Fransa) komandalarında oynadıqdan sonra 2022-ci ildə “Atletiko”ya keçib.
saytlarin hazirlanmasi