AFFA "Kəpəz"i cəzalandırdı, 10 oyunu azarkeşsiz keçirəcəklər

15:33 - 10 May 2024

"Kəpəz"in U-16 komandası növbəti 10 ev oyununu azarkeşsiz keçirəcək.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, buna səbəb U-16 liqasının "Kəpəz" - "Qəbələ" görüşündə baş vermiş insidentdir.

İntizam Komitəsi həmin oyundakı hadisə ilə bağlı aşağıdakı qərarları qəbul edib:

8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyununda “Kəpəz” PFK komandasının heyətində N5 futbolçu Yəhya Muradov qarşılaşmanın 78-ci dəqiqəsində rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır (maddə 43.1);

8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyununda “Kəpəz” PFK komandasının heyətində N10 futbolçu Tunar Əfəndiyev qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 43.3);

8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Kəpəz” PFK komandasının heyətində N11 futbolçu Cavanşir Əliyev rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanır. Bu cəza bütün liqalara şamil edilir (maddə 40.3, 1);

8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Kəpəz” PFK komandasının heyətində N24 futbolçusu Rahib Qurbanov rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanır. Bu cəza bütün liqalara şamil edilir (maddə 40.3, 1);

8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Kəpəz” PFK U-16 komandasının 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16 komandası 500 manat cərimə edilsin. “Kəpəz” PFK U-16-nın növbəti 10 ev oyunu azarkeşsiz keçirilsin (maddə 1);

Xəbər xətti