“Barselona” yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Atletik” və İspaniya milli komandasının vingeri Niko Vilyams üçün hərəkətə keçib.
“Arsenal” və “Çelsi”nin də transfer siyahısında yer alan futbolçunun İspaniyada qalmağa üstünlük verəcəyi gözlənilir.
Qeyd edək ki, bu mövsüm Niko 36 matçda 7 qol vurub, 16 asist edib. Onun “Atletik”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
"Atletik" futbolçusu üçün 50 milyon avro tələb edir.
saytlarin hazirlanmasi