"Barselona" braziliyalı üçün hərəkətə keçdi

09:34 - 11 May 2024

"Barselona" "Porto"nun futbolçusu Pepe Akinonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı braziliyalının transferi üçün "Porto" ilə danışıqlara başlayıb.

Pepe bu mövsüm 47 matçda 11 qol, 10 asist edib. "Porto" vingeri üçün 30 milyon avro tələb edir.

Onun Portuqaliya nəhəngi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Pepe 2021-ci ildə "Qremio"dan "Porto"ya keçmişdi.

Xəbər xətti