“Qarabağ”ın qapıçısı Andrey Lunyov bu mövsüm Avropa Liqasında 4 dəfə qarşılaşdığı və sabiq komandası olan "Bayer"in (Leverkuzen) davam edən məğlubiyyətsizlik seriyasından (49 oyun) danışıb.
Sportal.az xəbər verir ki, "Чемпионат"a açıqlama verən futbolçu Leverkuzen klubunun əldə etdiyi fantastik nəticəyə şərh verib:
"Bayer" - "Roma" matçına (2:2) baxmamışam, amma icmalı izlədim. Təəccübləndiyimi söyləməyəcəyəm, amma "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etməsinə şadam. İlk oyundan sonra çox az adam “Bayer”in daha da irəliləyəcəyinə şübhə edirdi. Təbii ki, mövsümdən əvvəl “Bayer”in məğlubiyyətsiz belə bir seriya yaşayacağını gözləmirdim. Amma komandanın ən yüksək yerlər uğrunda mübarizə aparacağını ehtimal edirdim. Avropa Liqasının finalında gözəl futbola köklənəcəyəm. Həm də Aleksey Mirançukun (“Atalanta”) özünü ən yaxşı tərəfdən göstərməsini istəyirəm. Digər tərəfdən isə çox istəyirəm ki, “Bayer” bu il qalib gəlsin və trebl əldə etsin, çünki belə bir fürsət var”.
Xatırladaq ki, “Qarabağ” əvvəlcə qrup mərhələsində (1:5, 0:1), sonra isə turnirin 1/8 finalında (2:2, 2:3) Leverkuzenlə qarşılaşıb.
saytlarin hazirlanmasi