"Fənərbaxça" Super Liqa matçına ciddi itkilərlə çıxacaq

14:37 - 11 May 2024

"Fənərbaxça" Türkiyə Super Liqasının 36-cı turunda doğma meydanda "Kayserispor"u qəbul edəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. 

Yarımmüdafiəçilər İsmail Yüksek və İrfan Can Kahveci, müdafiəçi Brayt Osayi-Sameul zədəlidir. Onlar vacib görüşdə komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Kayserispor" qarşılaşması sabah Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti