"Fənərbaxça" Joze Mourinyo ilə danışıqlara başladı

16:55 - 11 May 2024

"Fənərbaxça" mövsümün sonunda baş məşqçi İsmail Kartalla yollarını ayırmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, yeni mövsüm üçün İstanbul təmsilçisinin baş məşqçisi postuna namizədlərdən biri Joze Mourinyodur. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça"nın idman direktoru Mario Branko portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb.

Qeyd edək ki, Joze Mourinyo son olaraq "Roma"nı çalışdırıb. O, yanvar ayında istefaya göndərilib.

Xəbər xətti