Maldini "Milan"dan ayrılacaq

12:17 - 12 May 2024

"Milan"ın hücumçusu Daniel Maldini bu komandadan ayrılacaq. 

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Montsa”da qalacaq.

Belə ki, Montsa şəhərinin eyniadlı təmsilçisi forvardın transfer hüququna yiyələnməyə çalışır.

İtaliyalı futbolçu özü də, icarə əsasında oynadığı klubda qalmaq niyyətindədir. Belə ki, “Montsa” Daniellə 4 illik müqavilə imzalamağı planlaşdırır.

Gənc hücumçu “Milan” yetirməsi olsa da, “Spetsiya” və “Empoli” klublarında icarə əsasında oynayıb.

Xəbər xətti