Millimizin üzvünün komandası birinci liqada qalmağı bacarmadı

09:18 - 12 May 2024

Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" Türkiyə birinci liqasında qalmağı bacarmayıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası son turda "Gənclərbirliyi" ilə 1:1 oynayıb və belədə, 16-cı pillədə qərarlaşıb.

Bununla da, həmin komanda ikinci liqada yuvarlanıb.

Həsənalızadə bu görüşdə sona qədər ehtiyatda qalıb.

 

Xəbər xətti