Azərbaycan millisinin vingeri Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionu olub.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi ölkə çempionatının 34-cü turunda "Osiyek"ə qalib gələrək 78 xalla liderliyini möhkəmləndirib və sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Mahir Emreli "Osiyek"lə matçda sona kimi ehtiyatda qalıb.
Mİllimizin futbolçusu "Dinamo"ya 2022-ci il fevral ayında keçib. O, 2026-cı il iyunun 30-na qədər Xorvatiya nəhənginə məxsusdur.
saytlarin hazirlanmasi