Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” baş məşqçi Mustafa Gürsellə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, klub qərarın qarşılıqlı razılıq əsasında verildiyini açıqlayıb.
Onun yerinə isə kimin gələcəyi hələlik məlum deyil. Gürsel 2024-cü il fevral ayında Ertuğrul Sağlamın gedişindən sonra komandaya baş məşqçi gətirilmişdi.
Türkiyə Superliqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşlərində iştirak edəcək “Kocaliespor”un sabiq çalışdırıcısı Ertuğrul Sağlamla yenidən anlaşdığı iddia edilir.
saytlarin hazirlanmasi