Cennaro Qattuzo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə yaxındır.
Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, 46 yaşlı məşqçiyə "Əl-Taavun" klubundan rəsmi təklif gəlib.
Son olaraq "Marsel"i çalışdırmış italiyalı öncə Avropadan gələcək təklifləri dəyərləndirmək istəyir.
Ən pis halda isə, o, "Əl-Taavun"un dəvətini qəbul edəcək. Bu klub 31 turdan sonra 52 xalla Səudiyyə Ərəbistanı çempionatında dördüncü pillədədir.
Komandanı iki ildir ki, 58 yaşlı braziliyalı mütəxəssis Perisles Şamuska çalışdırır.
saytlarin hazirlanmasi