Ukrayna Premyer Liqasının 28-ci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Polesye” səfərdə “Krivbass”la qarşılaşsa da, 37-ci dəqiqədə matç təxirə salınıb.
Belə ki, görüş Dnepropetrovsk vilayətində hava hücumu xəbərdarlığı səbəbindən yarımçıq qalıb.
Mustafayev start heyətində yer alıb. Qarşılaşmaya sabah yekun vurulacaq. Hazırda "Polesye" 43 xalla 6-cı yerdədir.
saytlarin hazirlanmasi