Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
87-ci dəqiqədə meydana daxil olan Dadaşov üç dəqiqə sonra komandasının həlledici qolunu vurub. Hazırda "Hatayspor" 37 xalla 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi