"Ümid edirik ki, İcraiyyə Komitəsinin iclasında xeyrimizə nəsə yaxşı qərar olar" - MÜSAHİBƏ

10:44 - 13 May 2024

"Qəbələ"nin kapitanı Ürfan Abbasov Sportal.az saytına müsahibə verib.

- Matç sizin üçün necə keçdi?
- Güclü rəqibə qarşı oynayırdıq. Turnir cədvəlində yaxşı yerdədirlər. Ötən tur "Səbail" üzərində qələbə qazandıq. Bunun nəticəsində bizə özgüvən gəlmişdi. Həm də ev oyunu idi. Daha rahat oynayacağımızı bilirdik. Oyun rahat keçdi, ilk hissədə qollar vurduq. İkinci hissədə də yetərincə qol epizodlarımız oldu. Təssüf ki, dəyərləndirə bilmədik.

- "Qəbələ"nin Premyer Liqadan düşməsi rəsmiləşəndən sonra komanda iki oyunda da qələbə qazanıb. baş verdi?
- Əvvəl də bərbad oyun sərgiləmirdik. Təəssüflər olsun ki, əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Son iki oyunda rahatlıqdan bəlkə də əlimizə düşən fürsətləri dəyərləndirdik. Bunun nəticəsində qələbə qazanırıq.

- baş verdi ki, "Qəbələ" bu duruma düşdü?
- Məğlub olduqca inamsızlıq yaranırdı. Elə oyunlar var idi ki, qalib gəlməli idik. Misal çəkim, "Neftçi" ilə Qəbələdəki matçda biz 90 dəqiqə futbol oynadıq. Rəqib isə bizi bir dəfə əks-hücumda yaxaladı və qələbə qazandı. "Kəpəz"lə matça baxaq. Biz oynayırıq, rəqib inanılmaz, yarım epizoddan qol vurub qələbə qazanır. Belə oyunlar çox idi.

- Son nöqtəni qoya bilməməyin səbəbi bəxtsizlik idi, yoxsa ustalıq səviyyəsi?
- Bəzən bəxtsizlik olurdu, bəzən hansısa epizodlarda ustalıq səviyyəmiz çatmırdı. Təssüflər olsun ki, bu vəziyyətdəyik.

- AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Gözləntilərin nədir?
- İclası gözləyirik. Ümid edirik ki,  bizim xeyrimizə yaxşı qərar verilər. 

- "Qəbələ"nin kapitanı olaraq İcraiyyə Komitəsinə müraciətin var?
- "Qəbələ" Azərbaycan futboluna yaxşı futbolçular yetişdirib. İnfrastruktur baxımından bu klub digər klublardan yaxşıdır. İnanıram ki, elə qərar verəcəklər ki, "Qəbələ" kimi klubu itirməyəcəyik.

Elçin Əlixan

Xəbər xətti