"Qalatasaray"ın futbolçusu "Roma"ya keçə bilər

11:34 - 13 May 2024

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz üçün daha bir təklif İtaliyadan gəlib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, türkiyəli futbolçu bu dəfə “Roma”nın diqqətini cəlb edib.

Hazırda futbolçuya “Milan”, “Latsio”, “Leyptsiq”, “Aston Villa”, “Ayntraxt”(Frankfrut) klubları da maraq göstərir.

23 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. İstanbul təmsilçisi onun üçün 20 milyon avro tələb edir. 
 

Xəbər xətti