"Kəpəz" bu forvardı komandada saxlayacaq

11:49 - 13 May 2024

Müqavilə ilə “Səbail”ə məxsus olan Amil Yunanov mövsümün sonunda bu komandadan ayrılacaq. 

Sportal.az saytına verilən məlumata görə, oynamaq şansı tapmadığı üçün “Kəpəz”ə icarəyə yollanan forvardın yeni sezona da Gəncə klubunda başlamaq ehtimalı az deyil.

Bu komandanın Yunanovla bir illik müqavilə imzalamaq ehtimalı var.

O, karyerası ərzində "Qəbələ", "Keşlə"(indiki "Şamaxı") klublarında da oynayıb.
 

Xəbər xətti