Fransa millisinin forvardı Olivye Jirunun yeni mövsümdən ABŞ-da oynayacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu "Los-Anceles"lə anlaşıb.
Bu haqda MLS klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrüəbli hücumçu 2025-ci il iyunun 30-na qədər "Los-Anceles"də oynayacaq.
O, 2021-2024-cü illərdə “Milan”ın formasını geyinib.
Jiru bu mövsüm A Seriyasında 33 matçda 14 qol vurub, 8 asist etmişdi.
saytlarin hazirlanmasi