FİFA Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"a transfer qadağası qoyub.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Adana klubu keçmiş baş məşqçisi Patrik Klyuvertə 142 min avro borcunu ödəməyib.
Buna görə də FİFA "Adana Demirspor"u cəzalandırıb. Belə ki, Super Liqa klubu qarşıdakı üç "transfer pəncərəsi"ndə heç kimi heyətinə qata bilməyəcək.
Klyuvert 2023-cü il iyulundan dekabra qədər Türkiyə komandasında çalışıb.
saytlarin hazirlanmasi