Millinin üzvü "Benfika"dan ayrılacaq

13:49 - 15 May 2024

Portuqaliya millisinin üzvü Rafa Silva "Benfika"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

30 yaşlı yarımmüdafiəçi komandanı azad agent kimi ayrılacaq. Portuqaliyalının müqaviləsi yayda başa çatır və tərəflər müqaviləni uzatmamaq qərarına gəliblər. 

Rafa Silva 2016-cı ildən Lissabon klubunda çıxış edir.

O, "Benfika"nın heyətində 326 oyun keçirib, 94 qol vurub və 79 məhsuldar ötürmə edib. Rafa əvvəllər "Braqa" və "Feyrense"də oynayıb.

Xəbər xətti