Ukraynadakı azərbaycanlı: "Yenidən vətəndə oynamaq maraqlı olardı"

11:34 - 15 May 2024

"Son turda çempionatın iddialı komandalarından olan "Rux"la bərabərə qaldıq. Təbii ki, bu görüşdən xalla ayrılmaq vacib məsələ idi. Çünki sonuncu pillələrdən uzaqlaşmaq niyyətindəyik. Əslində, bizim yaxşı komandamız var və Ukrayna Premyer Liqasında qalacağımıza inanıram".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ukraynanın "Obolon" klubunun azərbaycanlı müdafiəçisi Dmitri Nağıyev deyib.

Kiyev klubunun üzvü mövsümün sonunda yenidən Azərbaycana qayıdıb-qayıtmayacağı ilə bağlı heç bir qərar qəbul etmədiyini söyləyib:

"Bəli, mən Azərbaycan Premyer Liqasında oynamışam. Mən dəfələrlə demişəm ki, Azərbaycan çempionatında oynamağa həmişə hazıram. Təbii ki, mənə dəvət göndərəcək klubun vəziyyətindən də asılı məqamlar var. İndi "Obolon"un heyətində bütün diqqətimizi yönəltmişik ki, mövsümün son iki oyununda uğurlu nəticə qazanaq. Ondan sonra isə gələcək sezonla bağlı düşünəcəm. Azərbaycandan təklif gələrsə, mütləq düşünəcəm. Premyer Liqanın səviyyəsi də ildən-ilə daha da yüksəlir. Bu mənada, yenidən vətənimdə oynamaq maraqlı olardı".

Əlavə edək ki, "Obolon" 16 komandanın iştirak etdiyi liqada 28 turdan sonra 26 xalla 13-cü pillədədir. Sonuncu pillədəki "Metalist 1925" isə 22 xalla sonuncudur.

Xəbər xətti