Görmüşük ki, bir adam vəzifəyə namizədliyini verəndə planı olar, seçki platforması hazırlanar. Rövşən Nəcəf isə hər şeyi tərsinə eləmək qərarına gəlib. Əvvəlcə AFFA prezidenti seçilib, sonra da plan hazırlamaq tapşırığı verib.
Bunu ötən gün CBC Sport telekanalında qonaq olan AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib. O, bildirib ki, yeni strategiya 6-8 ay ərzində hazırlanacaq. Bu işdə yerli və əcnəbi mütəxəssislərin köməyindən yararlanacaqlar. Sözündən belə çıxıb ki, gedişata uyğun olaraq planın hazırlanması bir az çox da çəkə bilər. Yəni, hələ strategiyanın tam hazır olmasını gözləməliyik, sonra icrası həyata keçirilməlidir.
Görəsən, Rövşən Nəcəfə bu cür iş üsulunu xarici universitetlərdə öyrədiblər, yoxsa futbolu ciddiyə almadığından belə durum yaranıb... Yəqin fikirləşib ki, futbol nə olan şeydir ki, işini, gücünü atıb bir də plan hazırlatdırsın bunun üçün. Hesab edib ki, elə ən rahatı vəzifə başına keçəndən sonra bu işlərlə məşğul olmaqdır.
AFFA-nın əvvəlki rəhbərliyini səhv işləməkdə ittiham edirdik, çox şeyi tərsinə elədiklərini deyirdik. Deyəsən, yağışdan çıxıb yağmura düşmüşük. Amma yenə də gözləyək. Bu qədər gözləmişik, 8 ay da gözləyərik.
Həmid
saytlarin hazirlanmasi