"Trabzonspor"dan İspaniya klubuna

17:13 - 16 May 2024

"Trabzonspor"un futbolçusu Tomas Menye İspaniyaya yollanmağa hazırlaşır.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Atletiko" belçikalı üçün hərəkətə keçib.

2024-cü il yanvar ayında "Borussiya"dan ayrılaraq "Trabzonspor"a keçən Menyenin Türkiyədə qalmağa daha müsbət yanaşdığı iddia olunur.

O, Superliqa klubunda 16 matça çıxıb, 1 qol vurub və 6 asist edib. "Atletiko" isə onun transferi üçün lazım olan məbləği Türkiyə klubuna ödəyəcək.

Tomasın müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər qüvvədədir. 

Xəbər xətti