AFFA "Turan Tovuz"un şikayətini təmin etmədi

18:21 - 16 May 2024

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun futbolçu Roderik Millerlə bağlı şikayətini təmin etməyib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, panamalı barədə verlən qərarlar qüvvədə qalıb:

1. Şikayətçi "Turan Tovuz" Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. 
 
2. 05.05.2024-cü il tarixdə Misli Premyer Liqasının XXXIII turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 5 nömrəli futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması, “Turan Tovuz” klubunun 3000 manat cərimə edilməsi (maddə 40.3) barədə AFFA İntizam Komitəsinin 08 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
 
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Xəbər xətti