Rövşən Nəcəf FIFA-nın Konqresində iştirak edəcək

19:12 - 16 May 2024

AFFA prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkoka səfər edəcək.

Sportal.az "report"a istinadən xəbər verir ki, o, FIFA-nın 74-cü Konqresində iştirak etmək üçün sözügedən ölkəyə yollanacaq.

Toplantı mayın 17-də gerçəkləşəcək.

Qeyd edək ki, Rövşən Nəcəf aprelin 2-də AFFA-nın prezidenti seçilib.

Xəbər xətti