"Gərgin və xoş oyuna görə "Qaradağ-Lökbatan"a, matçı gözəl təşkil edən AFFA-ya təşəkkür edirəm. Azarkeşlərin hamısı bu oyunda dincələ bildi. Bizə çempionluq lazımdır. Yaxşı oyunlar da oynamışıq, qol epizodlarımız istədiyimiz kimi bitməyib və görüş bərabərə bitib. Bu mənada, tarixdə yaxşı və ya pis oyun deyil, nəticə qalır. Fasilədə də futbolçulara lazım olan sözləri bildirdim. Mən komandama çox inanıram. Əmin idim ki, liderliyə yüksələ bilərik. "Qaradağ-Lökbatan"la görüşdə xarakter göstərdik. Xal itirdiyimiz görüşlərdə arxayınçılıqlarımız olmuşdu".
Sportal.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ramiz Məmmədov Birinci Lİqanın 26-cı turunun "Qaradağ-Lökbatan"la(2:3) oyundan sonra deyib.
Məmmədov "Araz-Saatlı" ilə görüşə qələbə üçün çıxacaqlarını da deyib: "Biz hələ ki, çempion olmamışıq. Qarşıdakı turda da qələbə haqda fikirləşirik. Sadəcə, "Qaradağ-Lökbatan"a qarşı oyun əsl qızıl oyun idi. Premyer Liqa haqda rəhbərliklə bir az söhbətimiz olub. Amma mövsüm bitdikdən sonra ətraflı danışacağıq. Hər şey Saatlıda həll olunacaq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Lazım gələrsə, bu görüş üçün də PFL-dən VAR xahiş edəcəyik. Olarsa, lap yaxşı".
saytlarin hazirlanmasi