"Bavariya"nın baş məşqçi postunda dəyişiklik olmayacağı gözlənilir.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyinin almaniyalı mütəxəssislə yeni müqavilə üçün danışıqlar aparır.
Tuxel daha əvvəl mövsümün sonunda "Bavariya"dan ayrılacağını bildirmişdi, Almaniya nəhəngi də bununla razılaşmışdı. Amma sonradan klub rəhbərliyi planını dəyişib və Tuxeli də fikrindən daşındıra bilib.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2025-ci ilə iyunun 30-na qədər "Bavariya"ya məxsusdur.O, "Maynts", "Borussiya"(Dortmund), PSJ, "Çelsi" klublarını da çalışdırıb.
saytlarin hazirlanmasi