Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qalib olub.
Sportal.az xəbər verir ki, cüdoçumuz finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün isə kişilərin yarışında Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində Acelya Toprak (57 kq) yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan cüdo tarixində yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu adını qazanmışdı.
saytlarin hazirlanmasi