Tiaqo Alkantara "Liverpul"dan ayrılıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu "Sevilya"ya keçməyə hazırlaşır.
Tərəflər arasında danışıqlara start verilib.
Alkantaranın yaxın vaxtlarda "Sevilya" ilə anlaşacağı və rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Tiaqo özü də karyerasını İspaniya çempionatında davam etdirməyə hazırdır. O, İngiltərə Premyer Liqasının bu mövsümündə cəmi bir oyunda meydana çıxıb. İspaniya millisinin sabiq üzvü 2008-2013-cü illərdə "Barselona"da iştirak edib.
saytlarin hazirlanmasi