İsveçin "Yurqorden" klubunun və Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı yayda klubu tərk edəcək.
Sportal.az saytına verilən məlumata görə, İsveç klubu indiki mərhələdə 22 yaşlı forvardı ən yaxşı halda icarəyə verə biləcəyini düşünür.
Belə ki, bu il az oynayan futbolçuya görə yayda hansısa klubun onların istədiyi məbləği ödəyəcəyini şübhə edir.
Ona görə də, hazırda Musanı Avropa klublarından birinə icarəyə göndərməyi planlaşdırır. Millimizin forvardı özü də, komandasını dəyişmək istəyir.
saytlarin hazirlanmasi