Şahruddin Məhəmmədəliyev neçə aydır maaş almır? - klub çətin durumdadır

12:17 - 21 May 2024

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor”da vəziyyət ağır olaraq qalır.

Sportal.az xəbər verir ki, UEFA-nın sanksiyaları ilə yanaşı, klub maliyyə çətinlikləri də yaşayır. Artıq 5 aydır ki, Məhəmmədəliyev də daxil olmaqla futbolçular maaşlarını almırlar.

Klub hazırda xarici investorlara satılmaq ərəfəsindədir.

Qeyd edək ki, Məhəmmədəliyev mövsümün əvvəlində “Adana Demirspor”la iki illik müqavilə imzalayıb.

Xəbər xətti