Ançelotti "Reyms"i çalışdıra bilər

14:23 - 21 May 2024

Fransanın “Reyms” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi artıq bir neçə mütəxəssislə danışıqlara start verib ki, onlar arasında David Ançelottinin də adı var.

David “Real”ın baş məşqçisi Ançelottinin də köməkçisidir.

“Havr”ın çalışdırıcısı Luka Elsnerlə razılıq əldə edilməsə, Ançelotti ilə 3 illik müqavilə imzalanacaq.

Xəbər xətti