İtaliyalı məşqçi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, sonuncu klubu 2023-cü ildən rəhbərlik etdiyi “Kalyari” olan italiyalıya təkliflər gəlsə də, o, yekun qərarını verib.
2023/24 mövsümündə Ranyerinin rəhbərliyi altında "Kalyari" İtaliya çempionatında 15-ci yeri tutub. 72 yaşlı mütəxəssis peşəkar karyerasını yekunlaşdırıb.
Ranyeri karyerası ərzində “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter”, “Sampdoriya”, “Valensiya”, “Atletiko”, “Çelsi”, “Fulhem”, “Uotford”, “Lester” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi