Ukraynanın "Polesye" klubunun azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev Premyer Liqanın 29-cu turunun "Metalist"lə oyununda (3:3) qeydə alınmış heç-heçəni şərh edib.
Sportal.az xəbər verir ki, "UA-Football"a açıqlama verən Azərbaycan milli komandasının üzvü komandasının qələbə qazana bilməməsi haqda bunları deyib:
"Oyunboyu üstün tərəf biz idik. Çoxlu şanslarımız oldu. Biz qalib gəlməliydik, amma bəxt bizdən yana deyildi. Çox şansları çevirə bilmədik. Təəssüf ki, heç-heçə oldu. Mərkəzdən çox hücum etdik və qapıya çoxlu zərbələr endirdik. Təəssüf ki, bu da kömək olmadı. Qol şanslarını reallaşdıra bilməməyimizin səbəbini bilmirəm. Məşqlərdə hər şey qaydasındadır. Oyuna çıxırıq və qol vura bilmirik. Hətta üçüncü qol da bu görüş üçün kifayət etmədi".
Qeyd edək ki, “Polesye” 29 turdan sonra 47 xalla 6-cı pillədədir.