UEFA Avropa Liqasının qalibi bəlli olub.
Sportal.az xəbər verir ki, həlledici matçda "Bayer" "Atalanta" ilə qarşılaşıb.
İrlandiyanın paytaxtı "Dublin Arena"da keçirilən görüşdə İtaliya təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib. Belədə, onlar kubokun qalibi adını qazanıb. Qeyd edək ki, "Bayer" bu mövsüm bütün turnirlər daxil olmaqla, ilk dəfə uduzub.
Avropa Liqası
Final
22 may
"Atalanta" (İtaliya) - "Bayer" (Almaniya) 3:0
Qollar:Lukman 12, 26, 76
Baş hakim: İştvan Kovaç (Rumıniya)
“Dublin Arena”, İrlandiya.