Rusiyalı məşqçinin millidəki taleyi Azərbaycanla oyundan sonra bəlli olacaq

14:18 - 22 May 2024

Rusiyanın "Axmat" və Qazaxıstan milli futbol komandasının baş məşqçisi Maqomed Adiyev bildirib ki, onun Qroznı klubunda gələcəyi Ermənistan (7 iyun) və Azərbaycanla (11 iyun) yoldaşlıq oyunlarından sonra müəyyənləşəcək.

Sportal.az "Matç TV"yə istinadən xəbər verir ki, rusiyalı məşqçi özü bu haqda məlumat verib: 

"Axmat"da qalıb-qalmamağım nə vaxt bəlli olacaq? Mayın 28-də Qazaxıstan millisinin düşərgəsində olacam və milli komandada vəzifəmə başlayacam. Düşünürəm ki, Ermənistan və Azərbaycanla oyunlardan sonra hər şey dəqiq bilinəcək".

Xəbər xətti