Kante ikinci dəfə ən yaxşı seçildi

12:24 - 22 İyun 2024

Avro-2024-ün D qrupunun II turunda baş tutan Niderland - Fransa matçının (0:0) ən yaxşısı müəyyənləşib.

Sportal.az xəbər verir ki, fransızların heyətində Nqolo Kante qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Nqolo Kante Fransanın Avstriya ilə keçirdiyi matçın da ən yaxşısı seçilmişdi.

Xəbər xətti